İctimai Radionun (90. FM) “İdarəetmənin Əsasları” verilişinə iş adamı, marketoloq Rafiq Hunaltay qonaq olub. O, veriliş çərçivəsində hərbi vəziyyətdə sahibkarlıq fəaliyyətini müzakirə edib. Səs yazısını aşağıda yazının sonuna əlavə edəcəyik.
Rafiq Hunaltay deyib ki, istənilən iqtisadi çətinlikdən sahibkarlarımız nə isə öyrəniblər: “Son 30 ildə Azərbaycanda sahibkarlıq müsbət mənada xeyli inkişaf edib. 90-cı illərdə, ümumiyyətlə, XALQ olaraq bizim dərdimiz sahibkarlıq deyildi. 90-cı illərdə ölkədəki hərbi vəziyyət, daha sonralar devalvasiya, bu günün hərbi vəziyyəti və digər böhranlar biznesə nə qədər ziyan vursa da, eyni zamanda sahibkarlığın inkişafına töhfə verib”.
İş adamının sözlərinə görə, mövcud vəziyyəti doğru analiz edən şirkətlər bu günə qədər “ayaqda qala biliblər”: “Tarixə nəzər yetirsək görərik ki, bir sıra şirkətlər böhranda sıradan çıxırlar və məhv olub gedirlər. Əksinə bu günün bir sıra məşhur şirkətləri isə məhz iqtisadi tənəzzül və ya müharibədən sonrakı dövrlərdə parlayıblar”.
“Kiçik şirkətlərin “oksigen”i az olur və küləyin zərbəsindən yıxılırlar, amma böyük şirkətlər davamlı qala bilirlər. Ancaq burada şirkətlərin böyük və kiçikliyindən daha çox, mövcud vəziyyəti doğru analiz etmə qabiliyyəti də əsas rol oynayır”, - deyə o, sözlərinə əlavə edib.
Marketoloq müharibə dövrünün brendləri kimi JEEP və M&M's şokoladlarının qısa uğur hekayəsindən danışıb: “Məsələn, JEEP İkinci Dünya Müharibəsi Dövründə ən çox hərbi avtomobillər istehsal edən müəssisə olub. Amma büdcə baxımından əlverişli, rahat olması və s. dolayı kommersiya məqsədləri üçün də hazırlanmağa başlayıb. Eləcə də bu günün məşhur M&M's şokoladları da o zaman hərb üçün istehsal edilib. Sadəcə hərbiçilərin bir istəyi olub ki, şokoladları ərimədən daşımaq mümkün olsun və ələ yapışmasınlar. Və hərbiçilər üzəri rəngli şəkərli şokoladın dadını çox bəyənmişdilər”.
DAHA ÇOXU BURADA