Nar Mobile yay mövsümun son günlərində öz abunəçilərinə yeni surpriz hazirlayib. “Goodbye Summer” / “Əlvida yay” adlı festival Bazar günü, 26 avqust 2012-ci il tarixində Crescent Beach Hotel-də keçiriləcək. Festivalda əcnəbi DJlər və rəqs qrupu iştirak edəcək. Beləlikə Rusiyadan Elly Noise, Gürcüstandan Dubster, DJ GeorgeGo-Go Dancers gələcək. Festival saat 15:00-da başlayacaq və tədbirdə ancaq Nar Mobile istifadəçiləri iştirak edə biləcəklər. Тədbir zamanı aşağıdakı müsabiqələr keçiriləcək:


- Futbol çempionatı;


- Foto müsabiqə;


- Ən yaxşı kişi və qadın rəqsi;


- Sual-cavab müsabiqəsi.


 Müsabiqələrin qalibləri Nar Mobile tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılcaqlar. Qeyd edək ki, festivala giriş ödənişsizdir.