“Bir gün bazarertəsi səhəri o deyir ki, “mən bu işi bu gün axşam verəcəyəm”.
Axşam olduqda isə o deyir, vaxt tapa bilmirəm. Bu işi sabah səhər mütləq edəcəyəm.
“Növbəti gün günortadan sonra, ona çatmaq mümkünsüz idi, o, deyirdi, çox üzr istəyirəm, çox məyusam. Doğrudan da dünən axşam çox məşğul idim. Sizə qaranti edirəm ki, işləri sabah səhər təhvil verəcəyəm”, - sonuncu dəfə danışdığımızda belə deyirdi. Bütün həftə Groundhog Day filmindəki (eyni gün davamlı olaraq təkrarlanır-red.) kimi davam edib. Sonunda yarı bitmiş bir layihə təqdim etdi. Əlimdən gələn hər şeyi etdim. İşə bir göz atın və nə düşündüyünüzü mənə bildirin. İstədiyiniz dəyişiklikləri edəcəyəm.
İşin son tarixlərinin müəyyən edilməsi və ona əməl etməyin 7 yolu
1.Yatmaq
Yatmaq deadline-a əməl etməyə sizə kömək olmayacaq. Əksinə daha yaxşı düşünməyə kömək olacaq. Tədqiqatlar göstərir ki, yuxu iradə gücünə müsbət təsir edir və zehinə aydınlıq gətirir. Müzakirələr üzrə mütəxəssis maraqlı bir texnikadan istifadə edir. Görüşmələri günün son saatlarına planlayır, sonra bütün günü yatır. Eyni konsepti deadline-ları müəyyən etmək üçün də istifadə edə bilərsiniz. İş yerində vacib bir tapşırığın deadline-nı almamışdan öncə alıcıya, sabah sizə geridönüş etməyimə icazə verin deyin. O zaman, bunun üzərinə yatın. Bir yuxudan sonra zehniniz daha da aydın olacaq. Nəticədə real bir deadlina təyin edə biləcəksiniz.
2. İndi başlayın
Tapşırığı dərhal icra etməyə məcbur deyilsiniz. Ancaq başlayın. Bu sizə təkan verəcək və stressinizi azaldacaq, eləcə də əskik olan yerləri müəyyən etməyə kömək olacaq. Jeff Haden deyir ki, layihənin deadline-nın bitməsinə bir gün qalmış, alıcıya “məncə, bəzi nüanslar əskikdir deməkdən” pis bir şey yoxdur. Tapşırıqları son dəqiqəyə qədər təxirə saldığınızı göstərir. İşin bir hissəsini icra edin və onu alıcı ilə bölüşün. Scot Herrick tərəfindən yaradılan bu texnika, hesabına layihənizin ilkin mərhələrində alıcı tərəfindən müsbət bir rəy almağa kömək olacaq. Həm də nəyin səhv olduğunu müəyyən etməyə və buna görə də məlumat tələb etməyə kömək edəcək.
3. Geri işləyin
Məntiqi düşünmədən bir tarix təyin etmək, uğursuzluğun bir yoludur. Layihənin deadline-na başlamamışdan öncə, onu kiçik tapşırıqlara bölün və S.M.A.R.T. texnikasından istifadə edin. Layihəni icra etməmişdən öncə alt tapşırıqlar müəyyən edin və onların dəqiq yekunlaşma tarixlərini yazın. Bu cür çalışmaq metodu ilə siz layihənin son versiyasına bir addım daha yaxın olursunuz. Beləliklə, son nəticəyə kor-koranə deyil, məntiqli bir üsuldan istifadə edərək çatırsınız.
DAVAMI OLACAQ!