Dünyada 1,6 milyon ölümlə, 75,7 milyon hadisə ilə nəticələnən pandemiya, bizneslərə də böyük təsir göstərib.


Görünən odur ki, işlər yaxşılaşmaq əvəzinə, daha da pisləşir. Amma bizneslərin bu pandemiyada sağ qalması üçün əməliyyatlarına, xüsusən də marketinqə necə yanaşdıqlarına dair ağıllı olmaları lazımdır. Pandemiyanın olduğu şəraitdə marketinqdə edilməli olan və olmayan nüanslar var. Bu məqalədə onlar haqqında danışacağıq.


1. Edin: Müştəriləriniz ilə kommunikasiya qurun


Sağlamlıq üzrə mütəxəssis olmadığınız üçün düşünə bilərsiniz ki, bu mövzu ətrafında danışacağınız heç bir şey yoxdur. Bu, əlbəttə, təbii haldır. Ancaq pandemiyadan zərər çəkən bölgələrdə təsirlər sağlamlıq ilə qalmayıb və nəticələri çox ağırdır. İnsanlar qlobal böhranın gündəlik həyatlarına təsirlərindən qorxur və panikaya düşürlər. Müştəriləriniz ilə kommunikasiya qurmaq baş verənlərə həssas olduğunuzu və onlarla empatiya edə biləcəyinizi göstərir. İnsanların fiziki fəaliyyətlərinin məhdudlaşdırıldığı, bir çox insanın evdən işləməyə məcbur qaldığı covid-19 kimi bir pandemiyada müştərilərinizə əməliyyat və xidmətlərinizdə heç bir dəyişiklik olmadığını hiss etdirməlisiniz.


Müştəriləriniz ilə kommunikasiyanız bunları özündə ehtiva etməlidir


- Pandemiyanın müştərilərinizin gündəlik həyatlarına təsirini qəbul edin.


- Auditoriya üzvləriniz ilə empatiya qurun və onların yanında olacağınızdan əmin olun.


- Pandemiyanın işinizdə yaratdığı dəyişiklikləri (əgər varsa), dəyişikliklərin onlara necə təsir etdiyini müzakirə edin.


- Sizdən gözlədikləri keyfiyyətli iş məsələsində onları əmin edin və partnyorlarınıza bunun pandemiyadan təsir görməyəcəyinə inandırın.


2. Edin: Yenidən strategiya qurun və marketinq səylərinizi cəmləşdirin


Covid-19 pandemiyasından dolayı bir çox biznes sahələri itkilər ilə üzləşsə də, onların hamısı pandemiyadan neqativ təsir görməyib. Əslində, bəzi şirkətlər ən böyük inkişaflarını elə pandemiya dövründə yaşayıblar. Məsələn, video konfrans platforması Zoom, onlayn ticarət platforması Amazon-un inkişafı göz qabağındadır. Bunlar pandemiyada biznesin müxtəlif sahələrində uğur qazanan şirkətlərin sadəcə bir neçəsidir. Bunlar bir daha göstərir ki, hər buludun qızıl bir astarı var. Əgər bir marketinq agentliyisinizsə, səylərinizi cəmləşdirmək üçün yaxşı vaxtdır. Məsələn, inkişaf edən seqmentlərdəki potensial müəssisələri hədəf ala bilərsiniz. Biznesinizin növündən asılı olmayaraq, hər zaman strategiyanızı yenidən qurmaq olar.


3. Edin: Avtomatlaşdırılmış marketinq səylərinizi nəzərdən keçirin


Avtomatlaşdırma yaxşıdır və bu biznes gəlirlərinizin əksəriyyətinin hərəkətverici qüvvəsi ola bilər – ancaq bunlar pandemiyadan öncə idi. Müştərilərin ehtiyaclarını ödəmək üçün e-poçt mesajları, reklam kampaniyaları və işinizin digər aspektləri daxil olmaqla avtomatlaşdırılmış marketinq fəaliyyətlərinizi nəzərdən keçirdiyinizdən əmin olun.


Növbəti yazımızda etməməli olduqlarınızdan bəhs edəcəyik.