Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmaqda davam edir.
whois.az saytının məlumatına görə, .az domen zonasında artıq 14890 domen adı qeydiyyatdan keçib. İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1828, qeydiyyata düşən domenlərin sayı isə 3545-ə bərabərdir.
Domenlərin böyük əksəriyyəti - 13800-ü .az domeninin, 632-si isə .com.az domeninin payına düşür.