Kraliçə II Yelizaveta kommunikasiyalar üzrə baş mütəxəssis ştatı üzrə vakansiya elan edib.


Facemark.az-ın məlumatına görə, iş axtaranlar üçün elan isə “Buckingham” sarayının saytında yerləşdirilib.


Mütəxəssisin vəzifələri sırasında kral iqamətgahında baş verən son hadisələri nəzərdə tutan post və video çarxlar hazırlamaq daxildir.


İdeal namizəd foto və video material ilə işləməyi bacarmalı, dizayndan başı çıxmalı, kopiraytinq sahəsində baş verənlərdən xəbərdar olmalı və SMM bacarıqları olmalı, kreativ və təşəbbüskar olmalıdır.


Namizəddə, həmçinin, hədəf kütlə ilə işləmək üçün sosial şəbəkə analtikləri ilə işləmək də tələb edilənlər sırasındadır. Eyni zamanda mütəxəssis Kraliçə II Yelizavetanın mühüm hadisələrini və təşəbbüslərinin təşviqi və dəstəklənməsi üçün kontent yaradılması və strategiyanın hazırlanmasında iştirak etməlidir.


Müsahibələri fevral ayında keçirməyi planlaşdırırlar. Eyni zamanda, II Yelizaveta ildə 27 000 funt sterlinq maaş təklif edir, eləcə də bonus və mükafatlar da hesablanacaq. Köməkçinin iş həftəsi isə 37,5 saat təşkil edəcək.