Bəyin oğurlanması kinosunda yəqin ki, fraqment yadınızdadır. Bu kino ki var. Çox qəlizdir. Həm, qəlizdir, həm də ki, vacib!


Eyni cümləni məhz İnsan Resurslarına xüsusilə də işə qəbula həsr edə bilərik. Bu işə qəbul ki, var. Həm, qəlizdir, həm də ki, vacib!


İşə qəbul bir şirkətin ana ürəyini təşkil edir. Həmçinin işə qəbul şirkətlə vakant işçi arasında körpü rolunu oynayır. Nə qədər güclü, savadlı və şirkətə yararlı kadrlar şirkətə cəlb olunarsa, bir o qədər də şirkətin mövqeyi, gəliri paralelində mənfəəti və reputasiyası bazarda yüksələr. İşə qəbulun burdakı rolu nə qədər sadə görünsə belə aysberqin görünməyən tərəflərinə baxdıqda heç də asan olmadığı bəlli olur.


Bəzən işçi tapırsan 1-ci ayında çıxır, bəzən işçi tapırsan son mərhələdə gəlməkdən imtina edir. Müsahibələrə gəlməyən namizədlər, uzun sürən axtarışlar... Yəqin ki, bu sözlər və cümlələr işə qəbulla birbaşa, bilavasitə məşğul olan hər kəsin qarşılaşdığı çox kritik məqamlardır. Zaman və vaxt limitlidir. Sən namizədi tapmalısan.


Bəzən isə marketinq meneceri başlığında yalnız marketdə işləmiş adamlar, heç təcrübəsi olmayıb rəhbər vəzifəyə birbaşa CV göndərən şəxslər, heç təcrübəsi olmayıb 1000+ əmək haqqı istəyənlər. Nə isə. İşə qəbulçuların nəfəsi daraldı artıq


İşə qəbul 2 aspektdən dəyərləndirilməlidir. 1) Şirkət 2) Namizəd.


Ola bilsin şirkət nə qədər yaxşı mənfəətli şirkət olsa belə onun məhz kollektivinə görə namizəd ora gəlmək istəməz və ya ilk aydaca çıxacaq. Ona görə məhz şirkətin profilinə və dəyərlərinə uyğun şəxsləri gətirmək lazımdır. Şərti olaraq sizin şirkətdə mail ilə yazılır ardınca zəng vuraraq, mesaj yazaraq “Mail göndərdim sənə” deyilirsə hər hansı X adlı şəxs təkcə mail yazmaqla məsələnin həll olunduğu şirkətən gəlmişsə o həmin şirkətə uyğunlaşmaqda çətinlik çəkəcək. Digər məsələyə baxaq. Şirkət olduqca çevikdir. Məsələlər operativ olaraq həll olunur. Bura çox yavaş işləyən şəxsi gətirsən o orda çox qala bilməyəcək. Yəni ki, ümumi prizmadan məsələyə baxsaq burda şirkəti tanımaq olduqca vacib bir məsələdir. İşə qəbulu başlatmadan öncə bu suallara düzgün cavab verməklə düzgün şəxsi işə qəbul etmək olar:


1) Şirkətin dəyərləri nədir?


2) Şirkət çevik, yoxsa orta sürətlidirmi?


3) Namizəddən şirkətin gözləntiləri nədir? (əmək haqqı, bilik, təcrübə və s.)


4) İşçi gəlib 1 ay sonra işdən çıxsa vakant namizədim varmı?


İşə qəbulun rolu vakant şəxsi qəbul etdikdən sonra bitirmi?


Sualın cavabı XEYR-dir!


İşçi sınaq müddətini keçdikdən sonra artıq tam olaraq işə qəbul bitmiş sayılır. Sınaq müddəti isə 3 ay rəsmi olsa belə digər vakansiyalarda fərqlidir. Misal üçün rəhbər şəxs üçün qeyri-rəsmi sınaq müddəti 7-8 ay, fəhlə üçün 2 saat, satıcı üçün 1-2 gündür.


İşə qəbul dəryadır. Bu dəryada boğulmamaq üçün bütün sirləri bilməliyik. Hə, dostum beləliklə bir bloqun daha sonuna gəldik. Sona qədər səbrlə oxduğun üçün sənə dərin təşəkkürümü bildirirəm.


Həmçinin qeyd etmək istəyirəm ki, 27-28 fevralda “İşə qəbul və oriyentasiya” master klassı olacaq. İşə qəbulun bütün dərinlik və sirlərini bilmək istəyirsənsə, vaxt itirmədən qoşul. 21 fevrala kimi endirim var


Qeydiyyat linki: http://bit.ly/372VOJ3


Master klass paketi: http://bit.ly/3qbeIVS


Sağlıqla qal. Görüşənədək!


İlkin Mirzəzadə - İnsan Resursları peşəkarı, blogger.