Amazon kompaniyası əlavənin loqotipinin üzərindəki təsviri Hitlerin gülümsəməsi və bığlarını xatırlatdığına görə dəyişiklik edib.
Facemark.az xəbər verir ki, The Verge nəşrinin yazdığına görə, 2021-ci ilin yanvarında kompaniya sifariş edilən qutunu xatırladan yeni loqotipində dəyişiklik edib.
Amazon təsvir üzərində dəyişikliyə gedərək, Hitlerin bığlarını xatırladan təsviri kənarı qatlanmış mavi təsvir ilə əvəz edib.
Yeni loqotip yenə də müştərilər arasında bənzətmə ilə yadda qalıb. Belə ki, bu dəfə Twitter istifadəçisi yazıb ki, Amazon-un əlavəsinin loqotipi Avatar: The Last Airbender cizgi film qəhrəmanını xatırladır.
Amazondan isə deyiblər ki, onlar “müştərilərin alış-veriş səyahətlərini telefonlarında başlayanda və qutularımızı görəndə gözləmələrini, həyəcanlarını və sevinclərini əks etdirən yeni bir nişan hazırladıq”, - deyib.