Xiaomi yeni canlı loqotipini təqdim edib. Böyük bir təqdimat çərçivəsində Xiaomi şirkəti özünün yenilənmiş loqotipini açıqlayıb.


Facemark.az xəbər verir ki, şirkətdən KİV-ə açıqlamasında bildirilib ki, yeni brendinq şirkətin premium bazarda yerini daha da gücləndirməyi hədəfləyir.


Xiaominin yeni loqotipini ərsəyə gətirən isə Musasino İncəsənət Universitetinin professoru, Nippon Design Center-in (NDC) rəhbəri, məşhur dizayner Kenya Haradır. Yeni loqotipdə küncləri yuvarlaq olan bir kvadrat seçilib. Mi tipoqrafikası da kiçik dəyişikliyə məruz qalıb. Həmçinin şirkət elektrokarların buraxılışı üzrə yeni planlarını elan ediblər.


ƏVVƏL



İNDİ



Bildirək ki, loqotipində daha bir dəyişiklik edən məşhur brend isə Yandex olub. Yandex özünün kimliyini yeniləyib və onu ərsəyə gətirən isə şirkətin ştat dizaynerlərindən olan və Yandex Sans-ın yeni şriftinin ərsəyə gətirilməsində iştirak edən İlya Ruderman olub.


Martın 31-də şirkətin əsas səhifəsində Yandex-in loqotipi belə görünüb. İlya, eyni zamanda şirkətin firma şrift versiyasında da dəyişikliyə gedib. Onu şirkətin ekosisteminə daxil olan bütün xidmət və məhsullarında görmək olar.


ƏVVƏL VƏ SONRA