Biznes portalı facemark.az təşkil edilən müsabiqə çərçivəsində sosial şəbəkələrdə izləyicilərinə “MARKETİNQ NƏDİR?” sualını ünvanlamışdı. Qaliblərimizin adları açıqlanmışdı. Amma bildirək ki, qalib olmayanlar həvəsdən düşməsinlər, çünki onların (ən maraqlı olanların-red.) şərhlərindən məqalə ərsəyə gətirdik.


  • İslam Islamlı Islamov

Marketinq - müştəri partnyoru, bazar araşdırması, reklamçılıq da daxil olmaqla məhsul və xidmət satışı üçün proseslər toplusudur.


  • Elton İsmayılov

Marketinq – bazar araşdırması, reklamçılıq da daxil olmaqla məhsul və ya xidmət satışlarını həyata keçirmək üçün edilən proseslər toplusudur.


  • Mustafa Yaqub

İstehlakçıları qətiyyən könül açmayan vəziyyətin tamamilə yolunda olduğuna inandırmaqdır.


  • Rafiq Qasımzadə

Marketinq, yeni müştərilərin qazanılması, mövcud müştərilərin saxlanılması və itirilmiş müştərilərin qaytarılması üzrə biznes proseslərdir.


  • mustafajakhub

Marketinq, məhsul və ya xidmətin müştəriyə vacib və əvəzolunmaz olduğuna inandırmaq bacarığıdır.


  • abu_hesenov

İstehsaldan istehlaka qədər görülən iş


  • a.afet_

Standart bir tarifi var bəli. Amma düşünürəm istehsaldan, dizayndan və mehsulun müştəri evinə qədər və evindəki vəziyyətinə, yəni istədiyi effekti verirmi, ehtiyacını ödəyirmi? Bu proseslerə baxan bir hissədir. Qısası, mövcud olduğu sahənin alıcılarının dilindən danışan şöbədir.


  • Guseinguliyev

İstehsalı istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır.


  • zrglyv

Marketinq, qazanc əldə etmək üçün bazar ehtiyaclarını ödəməyə yönəlmiş bir fəaliyyətdir. Geniş mənada marketinq, “insan və sosial ehtiyacları müəyyənləşdirmək və qarşılamaq” məqsədi daşıyır.


  • rafiggasimzade

Marketinq, yeni müştərilərin qazanılması, mövcud müştərilərin saxlanılması və itirilmiş müştərilərin qaytarılması üzrə biznes proseslərdir.


  • rufet_aliyev98

Marketinq biznesin bazar planlamasından tutmuş retargetinə qədər olan prosesdir.


  • nijatmikayilov

Marketinqin məqsədi satışı gərəksiz etməkdir.


  • sa1_999

Bazar araşdırması da daxil olmaqla məhsul və ya xidmətlərin tanıdılması və satış işinin təşkilidir.


  • sovakamale

Marketinq, məhsul və xidmətlərin istehlakçıların istək və ehtiyaclarına uyğun olduğunu inandırması və yüksək səmərəliliyi əldə etməsidir.


  • hesenova.r_

Müştəriləri dinləmək, onları məmnun edə biləcək təklifləri sunmaqdır. Ve gələcəyimizin sığortasıdır.


Bildirək ki, sosial şəbəkələrimizi izləməkdə qalın. Hədiyyələr ilə dolu yeni müsabiqələrimiz haqqında düşünürük.


Qeyd edək ki, müsabiqə Facebook, Instagram, LinkedIn kanallarımız üzərindən aparılıb. Random vasitəsilə seçilən izləyicilərimiz bizdən Bu günün marketinqi 3 kitabını əldə edib.


Qaliblərimizi təbrik edirik!