Hələ də davam edən pandemiyanın marketoloqların karyeralarına ciddi zərər verdiyi qaçınılmaz bir həqiqətdir. Pandemiya, işsizlik, pulsuz icazə kimi platformalar marketinq sektorunun irəliləyişinə ciddi səviyyədə təsir edib. Marketoloqlardan xərcləri azaltmaq istənilib. Müəssisələr xərcləri azaltmaq üçün çabalayır, ona görə də çalışanların iş saatlarında vacib dəyişiklik edilib.


Rəqəmlər isə çox konkretdir.Marketinq həftəsi və maaş anketindən əldə edilən özəl məlumatlaa görə, hər 10 marketoloqdan biri (9,9%-i) son 12 ayda işdən çıxarılıb. 12,7%-i isə müddətsiz icazəyə çıxarıldı.


  • Vəzifə dəyişikliyi təxirə salınır, təzminatda qırılma var

Anketdə iştirak edən 2453 marketoloqun 11,7%-nin pandemiyadan dolayı gözlənmədik şəkildə vəzifə dəyişikliyi təxirə salınıb. 1/5-i (20,3%) təzminat almaqda çətinlik çəkdiyini deyir. Bütün sorğu iştirakçılarının 7,7%-nin isə iş saatlarında azalma olub.


  • Karyerasının ortasında işdən çıxarılanların sayı yüksəkdir

Rəqəmlər, son 12 ayda kişi marketoloqların (11,5%-nin), qadın həmkarları (8,9%) ilə müqayisədə daha çox işdən çıxarıldığına işarə edir.


Bundan başqa, qadın marketoloqlarda, kişi həmkarları (9,8%) müqayisədə daha çox pulsuz icazəyə (14,8%) çıxarılıb. Karyerasının ortasında (35-44 yaş arası) marketoloqların yüksək nisbətdə (11,7%) işdən çıxarıldı.


  • Fərqli etnik mənşədə olanlar yeni şərtlərdən daha pis təsirlənib

Nəticələr, etnik mənşə olduqda bir qeyri-müəyyənlik müşahidə olunur. Ötən il bəyaz yaxalıların sadəcə 9,6%-i işdən çıxarılıb. Bu nisbətin BAME iştirakçıları (qara, asiya mənşəli, azlıq təşkil edən qruplar) üçün 11,9%-a yüksəldiyi görülüb. BAME marketoloqlarının təxminən 19,2%-nin vəzifə dəyişikliyi Covid-19-dan dolayı təxirə salınıb. Bəyaz yaxalılarda isə bu nisbət 10,7%-dir.


Mənbə: Marketing Week