Eyni zamanda, Maya Uotson (Maya Watson) Opra Uinfrinin mediaimperiyasında da çalışıb.


Clubhouse, Netflix-in sabiq icraçı direktoru (top menecer-red.) olan Maya Uotson-u (Maya Watson) qlobal marketinq direktoru vəzifəsinə gətirib.


Facemark.az-ın məlumatına görə, bu haqda Uotson özünün Twitter səhifəsi üzərində yazıb.


Son dörd ildə o, Netflix-də yayım və redaksiya bölməsinə rəhbərlik edib. Ona qədər isə striminq platformasının sosial şəbəkələrini idarə edirdi.


Uotson özünün karyerasına TV aparıcısı Opra Uinfrinin (Oprah Winfrey) mediaimperiyasında başlayıb. O, 2007-ci ildə Harpo Productions-a təcrübəçi kimi gəlib. Marketinq və sosial şəbəkələr üzrə rəhbərliyə gətirilib.



Adweek nəşrinin yazdığına görə, Netflix-dən ayrılmadan öncə The Oprah Winfrey Network şirkətində marketinq və sosial şəbəkələr üzrə vitse-prezident vəzifəsinə yüksəlmişdi.


Daha öncə Clubhouse-un baş icraçı direktoru Pol Devison demişdi ki, sosial şəbəkədəki müəlliflərin köməyi ilə özünün birinci proqrammını ərsəyə gətirib.


Clubhouse Creator First gələcək vəd edən moderatorların və kontent istehsalçılarının özünün hədəf kütlələrini yaratmağına və markalar ilə əməkdaşlıq etməyə, ən əsası özlərinin tok-şoularından pul qazanmağa kömək olacaq.