“WESTGATE” şirkəti Azərbaycan Respublikası ilə birbaşa idxal və ixrac əməliyyatlarının həyata keçirilməsi üçün, 2012-ci ilin Avqust ayında Koreya Respublikasında öz fəaliyyətinə başlayan ilk və yeganə şirkətdir. Şirkət idxal və ixrac əməliyyatlarından başda Koreya Respublikası ilə ticari fəaliyyət yaratmaq istəyən yerli iş adamlarına konsultasiya xidmətini də yerinə yetirir. Şirkətin əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatı, informasiya texnologiyaları, avtomobillər, inşaat materialları və məişət əşyalarının idxalı və ixracıdır.
“WESTGATE” şirkəti Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində yerləşir. Fəaliyyətə başlamasından az bir vaxt keçməsinə baxmayaraq şirkət hal hazırda Samsung, LG, Hyundai, Doosan kimi böyük korporasiyalar və həmçinin Yaponiyanın “Re-Growth”, Birləşmiş Ərəb Əmirliklərinin “GALAXY GLOBAL TRADING FZC” şirkərləri ilə əməkdaşlıq edir. Şirkət Koreyalı sahibkarların sərmayələri ilə təsis edilmişdir. Şirkətin qısa zaman üçün planı Azərbaycan sahibkarlarını hər cür Koreya istehsalı olan məhsullarla təmin etməkdir və bunun üçün artıq bir neçə Azərbaycanlı sahibkarlarla danışıqlara başlanılmışdır. “WESTGATE” yalnız Koreya istehsalı olan məhsullar yox, Yaponiya və Çin istehsalı olan məhsulların da ixracı üzrə fəaliyyət sahəsini genişləndirəcəkdir.
“WESTGATE” şirkətinin əsas hədəfi, müştərilərinə münasib qiymət və yüksək keyfiyyətli məhsullar təqdim etməkdir.