2012-2013 yeni tədris ili ilə əlaqədar “Bank of Baku” Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir. 7-10 sentyabr tarixləri arasında  pul çıxaran kart sahibləri  oktyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı – 2,5 %.


Ənənəvi olaraq yeni dərs ili ərəfəsində vətəndaşların, ələlxüsus valideynlərin, xərcləri artır. Beləliklə, indi hər bir Bolkart sahibi bir çox gündəlik ehtiyaclarını, o cümlədən övladlarının dərs qayğılarını, bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər.


Bolkart - tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. Bolkartdan “Bank of Baku” ilə tərəfdaş olan 300-ə yaxın tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar.


Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.