bazar günü, 20 iyun 2021

Əhval-ruhiyyənizi yaxşılaşdırmaq üçün 10 yol

429

Hamının pis günləri olur. Əsas olan odur ki, neqativə köklənməyin və yaxşı əhval-ruhiyyəyə keçid edin. Bu, sadə fəndlər sizə kömək olacaq.

1. Xoş bir pleylist

Xoş bir treklərdən ibarət pleylist sizi enerjiyə kökləyəcək. Melanholikə yer yoxdur: Kədərli bir mahnı sadəcə sizi pis əhval-ruhiyyəyə kökləyəcək. Əgər axtarmağa vaxtınız yoxdursa, bizim pleylistimizdən istifadə edə bilərsiniz. https://lifehacker.ru/15-songs-for-good-mood/

2. Fiziki aktivlik

Zehni və fiziki sağlamlıq arasındakı bağlantını unutmayın. Amerika psixoloqlar assosiyasiyasının mütəxəssisləri deyirlər ki, məşqləri psixoterapiya sxeminə daxil edin. Yüngül qaçış, rəqs, hər hansı fiziki bir fəaliyyət endorfin istehsalı üçün çox yaxşıdır.

3. Dostlarınıza zəng edin

Yəqin ki, dostlarınıza ayıra biləcəyiniz zamanınız var. Məsələn, onlara yazın, şam yeməyinə gedin, söhbət edin, zarafatlaşın. Əgər dostlar ilə olmursa, yaxınlarınız ilə görüşün. Əmin olun ki, xoş sosial əlaqələr sizi daha da xoşbəxt edəcək.

4. Yaxşı bir film

Böyük film ekranlarında yeni filmlərə baxın. Əlbəttə, son sıralarda və popkornla. Yaxud romantik bir filmi evdə də təşkil edə bilərsiniz. Yaxşı bir film sizin insanlığa və yaxşılığa olan inamınızı yenidən bərpa edəcək.

5. Xoş bir istək

İstəklərin yerinə yetirilməsi, hər zaman insanı ruhlandırır. Əgər indi başqa bir ölkəyə səyahət edə bilmirsinizsə, məyus olmayın, bu istəyinizi başqa birisi ilə əvəz edə bilərsiniz. Məsələn, ləzzətli yeməklər, isti bir hamam, spontan bir alış-veriş. Bu cür kiçik şeylər də sizi xoşbəxt etməyə qadirdir.

6. Sadə hədəflər

Gün çox pis ola bilər, amma həmin gün üçün 3 sadə hədəf təyin edin. Kiçik məqsədlərə nail olmaq nə qədər adi görünsə də, onları icra etmək sizin özünüzə olan inamınızı daha da yüksəldəcək.

7. Gülmək üçün səbəb axtarın

Əgər dostlarınız dərhal kömək ola bilmirsə, bu halda internetdə sizi əyləndirən videolara baxmaq olar.

8. Reallığa qayıtmaq

Meditasiya stress səviyyəsini azaldır və emosiyaları idarə edir. Sadə məşqlər ağır düşüncə və duyğuların öhdəsindən gəlməyə kömək olacaq. Pəncərəni açın və gördüklərinizi qeyd edin. Ancaq sadəcə faktları qeyd edin. Küçədə neçə maşın, ev, insan var? Hansı rəng, ölçü və formadadır? Neçəsi qırmızı, necəsi sarıdır? və s.

9. İstirahət zamanıdır

Pis əhval-ruhiyyənin nəticəsi stress və yorğunluq ilə müşahidə edilir. Əgər vəziyyət belədirsə, özünüzə bir az fasilə verin. Telefonunuzu və işinizi bir kənara qoyun. Bir jurnal əlinizə götürün, onu vərəqləyərək yuxuya dalın. Qısa bir fasilə apokalipsis yaratmayacaq, əksinə gücünüzü bərpa edəcəksiniz və əhval-ruhiyyəniz yaxşılaşacaq.

10. Özünüzə təşəkkür edin

Özünüzə təşəkkür edə biləcəyiniz 10 şeyin siyahısını hazırlayın. Məsələn, dadlı və doyuzdurucu bir səhər yeməyi yedinizmi? Fayda verəcək bir məqalə oxudunuzmu? Əla! Özünüzü tərifləmək üçün 10 səbəb axtarın.

Ancaq unutmayın ki, pis əhval-ruhiyyənin hələ də davam etməsi depressiyanın əlaməti ola bilər. Əgər bu halın öhdəsindən gələ bilmirsinizsə, psixoloqa, yaxud psixoterapevtə müraciət edin.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün