Sosial media biznesinizi insanlara tanıtmağın ucuz yollarından biridir. Ancaq düzgün bir planlama olmasa, zamanınızı boş bir şey üçün xərcləmiş olarsınız.


Facemark.az bu yazıda kiçik biznes layihəniz üçün sosial mediaya nə qədər vaxt sərf etməli olduğunuzu aydınlaşdıracaq.


Bir “Vertical Response” araşdırmasında qeyd olunur ki, kiçik biznes sahibkarlarının 43%-i sosial media marketiqinə həftədə yalnız 6 saat xərcləyir. Bu, gündə 1 saat 12 dəqiqə mənasına gəlir. Hesablama bir çox kiçik biznes layihəsi üçün bəs edən, ideal vaxtdır. Əlavə olaraq, bir çox ekspert xərclədiyi vaxtı platformaya uyğun olaraq tənzimləyir. Məsləhət bilinən vaxtlar isə budur:


  • Facebook: 1-3 gün
  • Twitter: 5-15 gün


  • Instagram: 1-2 gün


  • Pinterest: 5-30 gün


  • LinkedIn: 1-2 gün


Bundan başqa, öz biznesinizin sosial media planını digər biznes layihələrinə baxıb hesablamayın. Bunun əvəzinə, aşağıdakı faktorlara nəzər yetirə bilərsiniz.


Kəmiyyət yox, keyfiyyət


Kiçik biznesinizin “Facebook”, “Twitter”, “LinkedIn”, “Pinterest” və ya “Instagram”dakı paylaşımlarınızın sayı kütlənizə maraqlı deyilsə, önəmsizdir. Aylıq hədəf sayınıza çatmaq üçün vaxtınızı kütlənizin bəyənəcəyi, izləyəcəyi və paylaşacağı kontentlərə sərf edin.


Auditoriyanız haradadır?


Hər paylaşım sadəcə 5 dəqiqə vaxtınızı alsa belə, hər gün sosial mediada 4 saat mənasına gəlir və bu, olduqca uzun bir vaxtdır. Buna görə də, əvvəlcə, kütlənizin hansı platformada olduğunu və ya hansı kanalları üstün tutduğunu dəqiqləşdirin. Daha sonra isə güclü və sadiq izləyici, müştəri yığana qədər o platformada qalın. Bunun sayəsində digər platformalarda öz potensial müştərilərinizə necə davranmalı olduğunuzu da öyrənəcəksiniz.


Marketinq büdcəniz


Ümumi marketinq büdcənizin neçə faizini sosial mediaya ayırırsınız? Sosial media üçün sərf etdiyiniz vaxt, əslində, büdcənizi əks etdirməlidir. Məsələn, bəzi biznes layihələri sosial mediada uğur qazana bilir, eyni zamanda digərləri e-poçt marketinqi üstün tutur. E-poçt marketinqinə ayrıca büdcə ayırmadan öz sosial mediada profillərinizdə poçt adresinizi paylaşa bilərsiniz. Bu, o demək deyil ki, sosial media marketinqi tək başına sizə uğur qazandırmır. Qazandırır, amma vaxtınıza, xərclədiyiniz büdcəyə uyğun davranmaq və biznesinizi yaratdığınız ilk aylarda artıq onu ayağa qaldırmaq üçün çalışmaq lazımdır.


Sosial media nəticələri


Sosial media marketinqi istədiyiniz nəticəni verə bilmir? Əgər cavabınız yoxdursa, nəyin səhv olduğunu aydınlaşdırmalısınız. Səhv auditoriyaya müraciət edirsiniz? Paylaşdığınız kontentlər tələbləri ödəmirmi? Səhv kanalımı seçdiniz? Ümumiyyətlə, sizin auditoriyanız sosial mediada vaxt keçirirmi?


Əgər istədiyiniz nəticəni ala bilmirsinizsə, onda siz həm də sosial mediada olan auditoriyanızı müşahidə etmək üçün də vaxt sərf etməlisiniz. Bunun nəticəsində həm də marketinq strategiyanızı necə qurmalısınız, bunu da yenidən düşünmək şansınız olacaq.


Sosial media marketinq strategiyanız sizə fayda verirmi?


Sosial media cəhdlərinizin lazımi nəticə verdiyini bilmək üçün kampaniyalarınızın məqsədlərini əvvəldən bilməlisiniz. Eyni zamanda əsas göstəricilərinizi vaxt aşırı izləmək düzgün analiz üçün kömək edəcək.


Mənbə: Vertical Response - How much time should your small business spend on social media marketing?


Hazırladı: Pəri Abbaslı