"Azərbaycan dövləti hər zaman sahibkarlıq subyektlərini dəstəkləyir".


Facemark.az "Trend"ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransında deyib.


Onun sözlərinə görə, COVID-19 pandemiyası dövründə dövlət sahibkarlara bir milyard manatadək məbləğdə dəstək verib.


Nazir bildirib ki, qeyri-formal fəaliyyət göstərən sahibkarlar formal məşğuliyyətə keçirlər: "Təbiidir ki, son iki il ərzində yaradılmış bəzi fondlarda özəl sektordan köçürmələr üstünlük təşkil edir. Bu, Azərbaycanda biznes mühitinin inkişafının növbəti göstəricisidir".


M.Cabbarov əlavə edib ki, Azərbaycanda dövlət qarşısında iqtisadi artımı təmin etmək, dövlətlə sahibkar arasında əlverişli mühiti inkişaf etdirmək tapşırığı dayanır.