Azərbaycan-Rusiya əczaçılıq zavodunda "Sputnik V" koronavirus vaksininin istehsalı planlaşdırılır.


Facemark.az "Trend"ə istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.


O bildirib ki, bir müddət əvvəl Azərbaycanda açılmış zavodda artıq müəyyən məhsullar istehsal olunur: "Mənə məlum olduğu qədər, zavodda Rusiya vaksininin istehsalı planlaşdırılır. Biz müntəzəm olaraq Rusiya ilə, digər ölkələrdən tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndiririk. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi bir qədər azalıb. Bununla belə, biz həmin göstəricini bərpa etməyi planlaşdırırıq. Pandemiyaya qədər ölkələr arasında artım trendi müşahidəı olunurdu. 2017-ci ildən 2020-ci ilədək Azərbaycandan Rusiyaya qeyri-neft ixracı hər il 15-25 faiz artırdı".