Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlığı, eləcə də ölkənin Beynəlxalq Astronavtika Federasiyasına üzvlüyü 2023-cü ildə Azərbaycanda beynəlxalq konfransın keçirilməsinə imkan verəcək.


Facemark Trend-ə əsasən bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazir Rəşad Nəbiyev Sankt-Peterburqda Beynəlxalq Kosmos Tədqiqatları Konfransında deyib.


O bildirib ki, kosmos sahəsində insan amili, elm və tədqiqatlar beynəlxalq əməkdaşlığı genişləndirməyə imkan verir.


Qeyd edək ki, Beynəlxalq Kosmos Tədqiqatları Konfransı sonuncu dəfə 1973-cü ildə Azərbaycanda keçirilmişdi. Tədbir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr tarixlərində baş tutmuşdu.