Brendbuk— universal qaydaları, sərt ifadə formatları və tənzimlənən məlumat həcmləri olmayan məhsuldur. O, hər şirkətin konkret tələblərinə uyğun yazılır.

Peşəkarcasına hazırlanmış brendbuk – bu təkcə özünə hörmət edən hər bir şirkətin sənəd dövriyyəsinə daxil olan, gözəl səhifələnmiş və tikilmiş kitabça deyil. Həmçinin şirkətin (məhsulun) imicinin qorunmasından başlamış diler şəbəkəsi ilə münasibətlərin qurulmasına qədər, çoxlu məsələləri həll etmək imkanı olan funksional alət də deyil. Bu şirkətin mövqe növlərinin, üsullarının və süjetlərinin əsasıdır. Faktiki olaraq, brendbuk – şirkətin xarici mühitdə istənilən mövqe tutmasının qanunlar toplusudur.

Uğurlu brend yaratmaq üçün şirkətin bazarda mövqeyini taqmaq və müştəri qarşısındakı öhdəlikləri yerinə yetirmək vacibdir. İrəliləmək strategiyasında dinamiklik və ardıcıllıq olduqca vacibdir. Bu ardıcıllığın saxlanılması və onun sistematik şəklə gətirilməsinin ən doğru yolu brendbukların, standartların korporativ brendlərinin hazırlanmasından başlayır.
İstənilən brendbuk üç nəhəngin üzərində durur:


  • brendin dəyərləri;
  • vizual tətbiq prinsipləri;
  • reklam istehsalı elementləri.

Brendin dəyərləri. İstənilən brendin birinci hissəsində: nəzərdən keçirilən brendin məğzi, eyniləşdirilməsi və dəyərliliyi əks olunmalıdır. Bundan başqa, müştəriyə brendin mövcud olacağı coğrafi sərhədləri də göstərmək vacibdir. Aşağıdakı fəsillər brendbukun birinci hissəsində mütləq qaydada olmalıdır:


  • Məğz. Burada konkret brendin əsas konsepsiyası müştəriyə qısa şəkildə çatdırılmalıdır. Şüarın brendin məğzi olmadığını unutmayın. Əgər şirkətin cari məqsədlərinin dəyişməsi ilə əlaqədar şüarı dəyişmək mümkündürsə, brendin məğzi isə yalnız rebrendinq nəticəsində dəyişə bilər. Əgər şirkətin konsepsiyası rahatlıq prinsiplərinə əsaslanırsa, onda onların şüarda əks olunması o qədər də vacib deyil.
  • Eyniləşdirmə.Brendinq sahəsində ekspert Devid A.Aaker “Brend – liderlik: brendinqin yeni konsepsiyası” kitabinda («Бренд – лидерство: новая концепция брендинга») qeyd edir ki, idealda brendin eyniləşdirilməsi məhsul, müştəri, emosional dəyərlər, innovasiyalar, keyfiyyət, qiymət, xüsusi xidmətlər və s. kimi amillər üzərində qurula bilər. Öz aralarında kəsişən eyniləşdirmələrin qarışmasına yol vermək olmaz, əks halda, bu brendin yaradılması strategiyasında dolaşıqlıq yaradar.
  • Dəyərlər.Bu fəsildə brendin müştəriyə təqdim etdiyi dəyərlər haqqında məlumat göstərilməlidir. Əsasən brend vasitəsilə özünüifadə imkanlarndan, funksional, emosional imkanlardan yazmaq lazımdır. Brendin düzgün və ardıcıl işlənib hazırlanmasında, brendbukda bu dəyərlərdən istifadəsi çox vacibdir.
  • Sərhədlər. Brendin sərhəddi – brendin mövcud olduğu müəyyən çərçivədir. Burada söhbət təkcə brend işinin coğrafi məqamlarından deyil, həmçinin əmtəə təklifindən gedir. Məsələn, “Embawood” markasının brendbukunda onun coğrafi sərhəddinin olmadığı yazılıb, lakin əmtəə kateqoriyası – mebellə məhdudlaşır. Bu hissədə brendin işlədiyi sahələr, gələcəkdə əhatə edəcəyi coğrafi bazarlar haqqında məlumat olmalıdır. Bu hissə brendin inkişaf strategiyasını müəyyən edir.
  • Vizual eyniləşdirmə. Bu hissənin əsas məqsədi brendi vizual fərqləndirmək üçün istifadə edilən elementlərin müəyyənləşdirilməsidir.

Məsələn, loqo qablaşdırmada, mağazanın fasadında, vizit kartlarında necə istifadə olunur, yəni informasiya daşıyıcılarında brenddən necə istifadə etməli.


Brendin vizual tətbiqinin prinsipləri. Loqotipdən istifadə qaydaları haqqında məlumat da verilməlidir. Dizayner loqodan istənilən forma və şəkildə istifadə qaydalarını müəyyənləşdirməlidir. Qeyd etmək lazımdır ki, brendbukun bu hissəsində sərt standarlar yoxdur. Vizual tətbiq prinsiplərinin dar çərçivəyə salınması brendin vizual elastikliyini alazda, bu isə sonda onun sürətlə köhnəlməsinə gətirib çıxara bilər.


“GoCreativ” Reklam Agentliyinin direktoru İslam Rzayevin fikrincə, strategiyanın formalaşdırılmasında ardıcıllıq və mütəmadilik prinsiplərinə riayət etmək vacibdir.

Reklam istehsalının elementləri. Brendbuku yazarkən bəzən bu hissəyə etinasız yanaşıldığına baxmayaraq, xarici bazarlarda işləyən şirkətlərə bu olduqca mühümdür. Burada əsasən reklamın hansı materiallardan (məsələn, küçə reklamı, blanklar, vizit kartları və s.) hazırlandığı barədə məlumat yerləşdirilir. Reklam şirkətləri üçün brendbukun bu hissəsi, brendin adını daşıyan elementlərin keyfiyyət standartını müəyyənləşdirir.

Brendbuk brendin idarə edilməsində başlıca şərtlərdən biridir. Məhz buna görə də bir çox şirkətlərdə “brendbuk” anlayışı “brendin konstitusiyası söz birləşməsi ilə əvəz edilir.

Lakin gözəl və nadir işarə və loqotip yaratmaq, mükəmməl brendbuk – işin yarısıdır. Bu biliklərin gerçək həyata tətbiqi, onların istehsalatda və ofislərdə sınaqdan keçirilməsi, nöqsanların aradan qaldırılması və heyəti şablon və maketlərdən düzgün, ehtiyatla istifadə etməyə öyrədilməsi, brendə müsbət münasibət aşılanması – işin qalan 50%-dir. Uğur qazanmaq üçün bu işin həm birinci, həm də ikinci yarısını etmək lazımdır!


Biznesinfo.az