İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.


Facemark "Report"a istinadən bildirir ki, hərraca 31 dövlət əmlakı çıxarılacaq.


Bunlara 20 kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 11 nəqliyyat vasitəsi aiddir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3vV27bo)


Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.


Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.