2020-ci ilin sonuna Azərbaycanda xam neft hasilatı 35,1 milyon ton təşkil edib.
Facemark “Report”a istinadən bildirir ki, məlumat BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalda qeyd edilib. Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 7,9% azdır.
Qeyd edək ki, 2019-cu ilin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda xam neft hasilatı 38 milyon ton təşkil edib.
Hesabata əsasən, 2000-ci illin sonuna ölkədə xam neft hasilatı 51,3 milyon ton, 2011-ci ildə 46,1 milyon ton, 2012-ci ildə 43,7 milyon ton, 2013-cü ildə 43,8 milyon ton, 2014-cü ildə 42,5 milyon ton, 2015-ci ildə 42 milyon ton, 2016-cı ildə 41,4 milyon ton, 2017-ci ildə 39,1 milyon ton, 2018-ci ilin yenkunlarına əsasən isə ölkədə neft 39,2 milyon ton təşkil edib.