Azərbaycanda bərpa olunan mənbələrdən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat veriləcək.
Facemark "Report"a əsasən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda deyilir.
Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, Nazirlər Kabineti sertifikatın verilməsi qaydasını və formasını ölkə rəhbəri ilə razılaşdırmaqla təsdiq etməlidir.