Amerikalı aktrisa və Şəhzadə Harrinin həyat yoldaşı Meqan Markl “Netflix”də cizgi film layihəsi həyata keçirəcək.


Facemark “Archewell”ə istinadən bildirir ki, layihənin adı "İnci"dir.


Sasseks hersoqiniyası Meqan Markl tarixdən gələn nüfuzlu qadınların nümunəsindən ilham alaraq 12 yaşlı qızın sərgüzəştləri haqqında çoxseriyalı cizgi filmə prodüsserlik edəcək. “Showrunner”, “DC Superhero Girls” və “The Loud House” ilə məşhur olan prodüser dizayner Amanda Rinda da layihədə yer alacaq.


Qeyd edək ki, Şahzadə Harri və Meqan Markl 2020-ci ilin payızında “Netflix” ilə əməkdaşlığa başlayıb.