"Mastercard" Beynəlxalq Korperasiyası və Mərkəzi Bank Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı üçün 5 illik "Rəqəmsal Ölkə Əməkdaşlığı" müqaviləsi imzalayıb.
Facemark xarici mediaya istinadən bildirir ki, layihənin əsas məqsədi ölkədə daha operativ və təhlükəsiz ödəniş xidmətlərinin inkişafına dəstək verməkdir.
Yeni müqavilə haqqında Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirir ki, yeni strateji əməkdaşlığın ölkədə innovativ ödəniş həllərinin inkişafına və ən son texnologiyanın mənimsənməsinin sürətləndirəcəyinə inanır: "Hədəfimiz ölkədə rəqabətə əsaslanan, innovativ, münasib qiymətli rəqəmsal ödəniş ekosistemi yaratmaqdır".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı və "Mastercard" 2016-cı ildən bəri rəqəmsal ödəniş sistemlərini inkişaf etdirmək üçün əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində 2017-ci ildə Mərkəzi Bank ilə birlikdə 150-dən çox 3 illik strateji həll xəritəsi hazırlanıb.