Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Qurban bayramı günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Facemark "Report"a istinadən xəbər verir.
Belə ki, 18 iyul tarixində Bakı şəhəri üzrə Mərkəzi Poçt Şöbəsi, 2 saylı poçt filialının 138, 144 , 3 saylı poçt filialının 2 (MXŞ), 40, 4 saylı poçt filialının 44, 5 saylı poçt filialının 63 (MXŞ), 6 saylı poçt filialının 124 sayli poçt şöbələri saat 10:00-dan 17:00-dək xidmət göstərəcək.
19, 20 və 21 iyul tarixləridnə Bakı şəhəri üzrə yuxarıda qeyd olunan poçt şöbələrindən əlavə 1 saylı poçt filialının 1, 66, 2 saylı poçt filialının 17,117, 122, 3 saylı poçt filialının 104, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 77, 89, 90, 5 saylı poçt filialının 3, 83 6 saylı poçt filialının 52, 53, 54,72 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a qədər işləyəcək.
18-21 iyul tarixlərində regionlardakı mərkəzi xidmət şöbələri saat 10.00-dan 17.00-a qədər, digər poçt şöbələri isə istehsalat zərurətilə əlaqədar növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.