Jurnalistlər “Alibaba”nın müsadirə olunmuş mal satdığını aşkar edib.
Ələ keçirilən məhsullar Sifa Paimai auksionunun saytında nümayiş etdirilir. Facemark “WWD”a istinadən bildirir ki, Sifa Paimai auksionu "Alibaba" şirkətinin tərkib hissəsi kimi 2012-ci ildən bəri fəaliyyət göstərir.
Müsadirə olunan mallar qaçaqçılıqda tutulan şəxslərdən və iflas edən şirkətlərdən əldə edilib. Sifa Paimai-da antik əşyalar, stoklar və istehlak mallarından əlavə lüks mallar sərgilənir: kolleksiya saatları, daşınmaz əmlak, zinət əşyaları, nadir çantalar.
Tipik olaraq, hərraclar gömrük işçiləri, məhkəmələr və ya yerli polis şöbələri tərəfindən aparılır. Mallar sınaqdan keçirilir, ancaq hər hansı biri saxta olduğu təqdirdə satıcılar buna görə məsuliyyət daşımırlar. Saytda “Hermes” markası çox populyardır; burada 1200-dən çox məhsul təqdim olunur. Bunlar, əsasən, nadir rənglərdən və ya ekzotik materiallardan “Birkin” və “Kelly” çantalarıdır. Məsələn keçən noyabr ayında ağ timsah dərisindən hazırlanmış “Himalaya Birkin” çantası 63,7 min dollara, Sotheby's auksionundakı eyni çanta 139,9 min dollara satılıb.