Çində biznes inkişaf etdirməyə başlayan xarici şirkətlər əsas bu problem ilə üzləşirlər - məhsulu yerli istehlakçıya necə uyğunlaşdırmalı olduqlarını başa düşməmək. Facemark iMars qrupunun Asiya layihələri üzrə PR meneceri Aina Khamzinanın Çində elektron ticarətin təşkili ilə bağlı “Sostav”a verdiyi müsahibəni təqdim edir.


Hədəf kütləsinin xüsusiyyətləri


Çin Elektron İş Araşdırma Mərkəzinin (CECRC) məlumatına görə, bu gün ÇXR-in ümumi əhalisinin təxminən 1 milyardı aktiv internet istifadəçisidir və hər gün təxminən 110 dəqiqə internetdə keçirir. Bir çox çinli, xüsusən, məşhur ICQ kimi “Tencent QQ” və “AOL” kimi messencer proqramları ilə böyüyüb. Bu platformaların auditoriyası təxminən 650 milyon aktiv istifadəçidən ibarət olub. Artıq 2008-ci ildə şirkətlər mobil cihazların artan təsirini analiz etdi və telefonlar üçün uyğunlaşdırılmış versiya yaratdı.


Bu gün çinlilər “WeChat” və “QQ” messencerlərini istifadə etməyə davam edirlər, buna görə “Tencent” istifadəçilərin ehtiyaclarına əsaslanaraq auditoriyanı platformaya uyğun bölməyə fokuslanır. Məsələn “QQ” daha çox əyləncəli xüsusiyyətlər (maraqlı selfilər, animasiya videoları və s.) təklif edirsə, “WeChat” gündəlik həyat üçün faydalı olaraq qalır (yaxınlıqda olan istifadəçilər, “WeChat Pay”, müxtəlif media abunəlikləri və s.).


Eyni sosial şəbəkələrin inkişafı kimi, sürətlə inkişaf edən IT texnologiyaları sayəsində 1,4 milyarddan çox əhalisi və 1 milyard aktiv internet istifadəçisi ilə Çin dünyanın ən böyük e-ticarət ekosisteminə sahibdir. Bu nəhəng bazarı Çinin elektron ticarət nəhəngi “Alibaba Group” inkişaf etdirir.


Çində istifadəçi tərəfindən yaradılan məzmun (UGC) “B2C” (biznesdən istehlakçıya) formatında ümumi onlayn pərakəndə ticarətin 32,12%-ni təşkil edir. Bu isə, öz növbəsində bütün elektron ticarətin 60%-dən çoxdur. Çindəki istehlakçılara mal satmaq istəyən xarici təchizatçıları üçün son dərəcə maraqlı olan da məhz bu seqmentdir.


Seqment eyni zamanda xərcləri minimuma endirmək istəyən və ya Çindəki ticarət şəbəkələri ilə əməkdaşlığa hazır olmayanlar üçün, xüsusilə, maraqlıdır. Bu cür əməkdaşlıq, anbar fonduna əhəmiyyətli sərmayə qoymağı və buna görə də ciddi marketinq strategiyası tələb edir. Bu xərclər geri qaytarılmama riski ilə müşayiət olunur.


Bazar tendensiyaları


Son illərdə Çində əsas elektron ticarət platformaları olan “Tmall” və ya “Taobao” öz mağazalarını yaratmaq və onları müstəqil olaraq tanıtmaq üzrə islahatlar aparır. Ancaq bu şirkətlər mağazalar açmaq və işin miqyasını genişləndirmək mövzusunda çətinliklər çəkirlər.


“Alibaba” fiziki varlığına ehtiyac olmayan, çoxmillətli şirkətlərə geniş e-ticarət ekosistemi təqdim edən “Tmall Global”ı yaratdı. “Tmall Global”ın gəlişindən əvvəl Çinin elektron ticarət bazarına çıxış xarici təchizatçılar üçün son dərəcə baha başa gəlirdi.


Qaydalar və məhdudiyyətlər


İlk nəzərdə “Tmall Global”da mağaza açma prosesi sadə görünür. Proses aşağıdakı addımlardan ibarətdir:


  1. Şirkət və məhsul məlumatlarını Tmall Global-a göndərin və təsdiqini gözləyin. Bazar qaydalarına görə, bu proses maksimum 10 iş gününə bitəcək.


  2. Alibaba Group-a daxil olan ən böyük ödəniş sistemlərindən biri olan Alipay-da beynəlxalq hesabla qeydiyyatdan keçin. Bu, Çindəki alıcılardan ödəniş almaq tələb olunan zaman sizə kömək edəcək.


  3. Tmall Global ilə müqavilə bağlayın, illik xidmət haqqı və depozit ödəyin.


  4. Yuxarıdakı addımları yerinə yetirdikdən sonra mağazanızı artıq aça bilərsiniz. Bundan sonra Tmall Global platformasında qeydiyyatdan keçmək, məhsullar əlavə etmək və çinli istehlakçılar ilə internetdə işə başlamaq daxildir.


Buna baxmayaraq, bəzi çətinliklər də istina edilmir.


  1. Tmall Global-a qeydiyyat yalnız Çin dilində mümkündür, dili bilmədən bu mərhələni keçmək asan olmayacaq.


  2. Qeydiyyat üçün müraciət edərkən təsdiq kodu almaq üçün Çin nömrəsinə ehtiyacınız olacaq.


  3. Çin sosial şəbəkələrində, məsələn “DingTalk” və “Aliwangwang” kimi tətbiqlərdə aktiv profilə sahib olmaq tələb olunur, çünki Tmall Global menecerləri qeydiyyatda hansısa əlavə suallar yaranarsa, yuxarıdakı sosial şəbəkələr vasitəsilə rəhbər ilə əlaqə saxlayırlar.


  4. Alibaba Group-un logistika operatoru “Cainiao”nun Azərbaycanda gömrük anbarının olmaması başqa bir detaldır.


  5. Çin bazarları ödənişləri yalnız öz ödəmə sistemləri (“Alipay”, “WeСhatPay”) vasitəsilə həyata keçirir.


Tmall Global-ın unikallığı markalaşmaya verdiyi önəmdə özünü biruzə verir. Buna görə təchizatçı müstəqil marka sahibi olmalı və ya orijinal marka üçün distributor tərəfindən lisenziyalaşdırılmalıdır. Birinci halda, qeydiyyatdan keçmiş ticarət nişanı və ya ticarət nişanının qəbul edilməsi və qeydiyyatı barədə bildiriş tələb olunur.


Tanıtımın xüsusiyyətləri


Tanıtım baxımından Çində onlayn marketinq Azərbaycandan fərqlidir. Bunun səbəbi Çində "The Great Firewall" vasitəsilə internet bağlantısının mövcudluğudur. Bu baxımdan həm xarici malları, həm də digər məhsulları tanıtmaq üçün aşağıdakı imkanlardan istifadə edə bilərsiniz:


- “Weibo” mikrobloqları;


- “WeChat” vasitəsilə reklamlar;


- “Youku” video hostinq tətbiqi;


- “Douyin” qısa video xidməti;


- Bloqer və ictimai fiqurlar vasitəsilə (influenser marketinq) reklam.


Digər bir fürsət Alibaba Group-a daxil olan “Alimama” reklam xidmətidir. Xüsusilə, “Taobao”, Tmall və Tmall Global-da malların tanıdılması üçün əlavə bir platformadır. Qeyd edək ki, platforma Alibaba-nın kommersiya məlumatlarını toplamaq funksiyasını dəstəkləyir. Bunun köməyi ilə istifadəçilərə məhsullarını bazarda tanıtmaq üçün planlar və 10-da çox üsul təqdim edir.


Bundan əlavə, bazarda məhsul üçün satış kartı yaratmaq çox vacibdir. Çin bazarları mağazanın çevik şəkildə tənzimlənməsinə, yəni illüstrasiyaların, təsvirlərin, slayderlərin və müxtəlif videoların istifadəsinə imkan verir. Buna görə də məhsul ticarət platformasının yox, satıcının şəxsi istəyi əsasında təqdim edilə bilər.


Azərbaycan şirkətləri Çindəki xüsusi gömrük statusu nəzərə alınmaqla malların anbarlara çatdırılması üçün logistika zənciri üzərində düşünməlidir ki, bu da məhsulun dəyərinin artmasına səbəb olur. Çin bazarına bütövlükdə daxil olmaq üçün kommunikasiya brifinin hazırlanması da vacibdir.


Çin bazarında müvəffəqiyyətli biznes sahibi olmaq çox çətin deyil. Əsas odur ki, tövsiyələrə əməl edin, istehlakçılarınızın ehtiyacını hiss edin - kampaniyanız qısa zamanda uğur qazanacaq.