Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.


Facemark bildirir ki, bu barədə "Report"a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.


""Aİ-98" markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub", - deyə o, qeyd edib.


Xatırladaq ki, ötən həftənin şənbə günü Azərbaycanda “Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. Bahalaşmaya səbəb məhsulun istehsalçı ölkədə qiymətinin artmasıdır.