Gəncə şəhər İcra hakimiyyətinin və Gəncə İş Adamları Birliyinin sədri Zəfər Məmmədovun təşkilatçılığı ilə Gəncədə 18 saylı orta məktəbin şagirdləri ilə görüş keçirilib. Hər il olduğu kimi, bu il də şagirdlərə müxtəlif dərs ləvazimatları, məktəbli çantaları və geyimlər hədiyyə edilib. Ənənə halını alan bu missiya şagirdlərdə sevinc dolu anlar yaşadıb.


Facemark İqtisadiyyat.az-a istinadən bildirir ki, tədbirdə Gəncə şəhər İcra başçısının birinci müavini Səməd Tomuyev və Gəncə şəhər Təhsil idarəsinin direktoru Anar Qədiməliyev də iştirak edib. Görüşdə duyğulu anlar yaşanıb. Belə ki, Səməd Tomuyev görüşdə iştirak edən şəhid övladlarının əlindən öpərək, onlara məktəbli hədiyyələri verib. Qürurverici anlar tədbir iştirakçılarını kövrəldib.