17 sentyabr 2021-ci il tarixində "Gəncə İş Adamları" İctimai Birliyinin rəhbərliyi ilə Pakistanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüş keçirilib.


Facemark İqtisadiyyat.az saytına istinadən bildirir ki, görüşdə Azərbaycan-Pakistan münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.


Növbəti ayda Azpromo təşkilatçılığı ilə Pakistanda baş tutacaq tədbirə "Gəncə İş Adamları" İctimai Birliyinin rəhbərliyi səfir tərəfindən dəvət olunub.


Səfir Bilal Hayee "Gəncə İş Adamları" İctimai Birliyinin fəaliyyəti ilə bağlı uğurlar arzulayıb. Səfirin növbəti aylarda Gəncə şəhərinə səfəri və Birlik tərəfindən təşkil olunacaq tədbirdə iştirakı ilə bağlı məmnunluğunu bildirib. Gələcəkdə ölkəmizdə yaradılmış "Pakistan Ticarət Palatası" ilə Birlik arasında sıx əməkdaşlığın olacağı diqqətə çatdırılıb.


Sonda "Gəncə İş Adamları" İctimai Birliyi adından səfir Bilal Hayee-ə, "Nizami Gəncəvi" irsini təcəssüm etdirən xüsusi hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.