Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) hər il tərtib etdiyi qlobal innovasiyalar reytinqində Azərbaycanın mövqeyi yaxşılaşıb.
Facemark “Report”a istinadən xəbər verir ki, bu gün İsveçrənin Cenevrə şəhərində dərc edilmiş 2021-ci il üzrə reytinqdə Azərbaycan 80-ci yerdə qərarlaşıb. 2020-ci ildə Azərbaycan bu reytinqdə 82-ci yeri tutmuşdu.
Reytinqdə ilk 3 pilləni isə İsveçrə, İsveç və ABŞ tutur.
Reytinq qlobal innovasiyalar indeksinə əsaslanır. İndeksdə insan kapitalı və araşdırmalar, infrastruktur, bazarın və biznesin inkişafı, biliklər və texnologiyalar, kreativlik kimi parametrlər nəzərə alınır.