Sentyabrın 14-də Bakıda dünyaca məşhur olan sosial şəbəkə Odnoklassniki.ru ilə bağlı mətbuat konfransı keçirildi.  Mail.Ru Group sosial şəbəkələrinin marketinq və strateji kommunikasiya ticari-şöbəsinin direktoru Aleksandr İzryadnov sosial şəbəkənin yeni imkanları barədə və sayta baxış sayı ilə bağlı statistik məlumatlar verdi: “Odnoklassniki-nin yerliləşdirilməsi iki mərhələdə reallaşacaq: azərbaycan dilindəki mobil versiya artıq hazırdır, yaxın zamanda sosial şəbəkənin əsas saytı da tamamilə tərcümə olunacaq. Həmçinin bu yaxınlarda Android, iOS, WindowsPhone əməliyyat platformaları üçün əlavələrin qurulması üçün də tərcümə olunacaq”.


Bu tədbirin Azərbaycandakı piarı bütün rəqəmsal xidmətlər üzrə ixtisaslaşmış rəqəmsal agentlik Prosper tərəfindən təşkil olunub. Tədbirdə KİV nümayəndələri, reklam agentlikləri, Azərbaycanın mobil operatorları iştirak ediblər.