Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 65,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% azdır.


Facemark "APA"ya istinadən verdiyi məlumata görə, yanvar-sentyabr aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 42,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+15,9%).


Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycanda 19 329,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-sentyabr aylarında 18 735,4 mln. kVt-saat təşkil edib (+7,3%).


Komitənin məlumatına əsasən, hesabat dövründə ölkədə istehsal edilən elektrik enerjinin 17 629,8 mln. kVt-saat istilik (+7%), 997 mln. kVt-saat su elektrik (+14%) stansiyaların payına düşüb.