Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 36 ölkəsinə 32,3 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib, bu da illik müqayisədə 4,5% çoxdur.


Facemark "APA"ya istinadən xəbər verir ki, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91%-i təşkil edib.


Məlumata görə, 2021-ci ilin sentyabr ayında “Azərkosmos” dünyanın 26 ölkəsinə 1,5 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib.


Qeyd olunur ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 mln. dollar ilə ABŞ, 7,2 mln. dollar ilə Fransa, 6,6 mln. dollar ilə Birləşmiş Krallıq, 3,7 mln. dollar ilə Malayziya və 1,3 mln. dollar ilə BƏƏ qərarlaşıb.