Artan müştəri kütləsinə daha çevik xidmət göstərmək məqsədi ilə “Bank of Baku”-nun paytaxtdakı “Nəsimi” filialı yeni ünvana köçüb. Bundan belə bank filialı müştəriləri bu ünvanda qəbul edəcək : Nəsimi rayonu, A. Məhərrəmov küçəsi 3005-ci məhəllə, 26 B. Telefon: 565-50-25; faks:565-50-26.

Yeni ofis filialın əvvəlki ünvanından təxminən 100 metr aralıda yerləşir. “Bank of Baku”-nun “Nəsimi” filialı bazar ertəsindən cümə gününə kimi saat 9.00-dan 17.00-a kimi müştəriləri qəbul edir. Fasilə: 13.00-14.00. Şənbə günləri isə filial 10.00-dan 18.00-dək işləyir. Fasilə: 14.00-15.00. Filial müştərilərə bütün xidmət növləri göstərir. “Bank of Baku”-nun yeni “Nəsimi” filialı müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

“Bank of Baku”-nun ölkə boyunca 18 filialdan ibarət şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür : http://www.bankofbaku.com/az/network-of-offices/branches.html .

“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.