DəmirBank-ın nağdsız ödənişlər edən Visa plastik kart sahibləri Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlar arasında Futbol üzrə Dünya Çempionatına 2 nəfərlik bilet qazanmaq şansını təqdim edən kampaniyada iştirak ediblər. Qaliblərə telefonla nəticələr barədə məlumat verilib.
1 avqust – 15 sentyabr 2012-ci il tarixləri arasında POS terminallar vasitəsi ilə ən çox sayda nağdsız ödəniş edən müştərilərə final, yarım final və ya digər oyunlara 50 ədəd bilet təqdim olunub. Qeyd edək ki, Visa şirkəti Futbol üzrə Dünya Çempionatının rəsmi tərəfdaşıdır.
DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.
DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində ödənişlər (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin pozulması üzrə cərimələr), kart sahiblərinə endirimlər və sair imkanlar təqdim edir. DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında “Kart sahiblərinə endirimlər” səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.
Plastik kartı Bankın filiallarında və həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.