"Shutterstock" 2022-ci ilin rəng tendensiyalarını açıqlayıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, hər il "Shutterstock" analitikləri dizaynerlərin gələn il hansı rənglərə diqqət yetirəcəyini müəyyən etmək üçün böyük həcmdə məlumatları nəzərdən keçirirlər. Eyni zamanda növbəti ilin yaradıcılıq tendensiyalarını da əvvəlcədən elan edirlər.


"Shutterstock" bu il onlayn trendləri təhlil etmək üçün öz süni intellekt texnologiyasından istifadə edib. Məqsəd brend və marketinq mütəxəssislərinə müştərilərinin ehtiyacları üçün düzgün rəng seçməkdə kömək etməkdir. Görünən odur ki, 2022-ci ilin əsas rəngləri sakitlik və əmin-amanlıq hissləri oyadan rənglər - mərcan rəngləri, açıq çəhrəyı və göz yormayan rənglərdir.