İndiyədək ölkə ərazisində 50.653 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Facemark Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
"2021-ci ilin yanvar-noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 14 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz çoxdur", - məlumatda deyilir.