Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği adlı layihə yekunlaşıb.


Facemark rəsmi xəbərə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gələcəyə Doğru Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən keçirilən “Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği” adlı layihə yekunlaşıb. Layihə 27-28 Noyabr tarixlərində Quba rayonunda, 4-5 Dekabr tarixlərində İsmayıllı rayonunda, 11-12 Dekabr tarixlərində Lənkəran rayonunda keçirilib. Layihənin məqsədi dövlətimizin məşğulluq siyasəti zamanı regionlarda yaşayan gənclərin öz məşğulluqları istiqamətində addımların atmasına dəstək olmaqdır. Layihə çərçivəsində 60-dan çox gənc biznes ideyanın yaranması, marketinq, digital marketinq, elektron ticarət, Amazon FBA istiqamətində nəzəri və praktiki biliklər əldə edib. Layihənin 2-ci günündə iştirakçılar komandalar şəklində verilən tapşırıqlar əsasında öz biznes ideyaları ilə çıxış ediblər.


Layihə sonunda hər bir iştirakçıya sertifikat təqdim edilib.