2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4%, qeyri-ərzaq məhsulları üzrə 104,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4% təşkil edib.


Facemark "Reporta"a istinadən xəbər verir ki, məlumata görə cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin noyabr ayına nisbətən 111,1% təşkil edib.


2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9%, əvvəlki ilin noyabr ayına nisbətən 114,9% təşkil edib.


2021-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, əvvəlki ilin noyabr ayına nisbətən 107,1% təşkil edib.