bazar ertəsi, 24 yanvar 2022

Azərbaycanda “HəmÜrək” xeyriyyə yarmarkası keçiriləcək

351

Yeni İl bayramı ərəfəsində keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycanlıların birlik və həmrəyliyini ifadə edir. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Hədəf Konsepti balabilgələri (şagirdləri) humanist, empatiya hissinə malik, ümumbəşəri dəyərlərə sahib hərtərəfli insan yetişdirmək məqsədi daşıyır. Balabilgələrdə milli-mənəvi dəyərləri, insanlığı, vətənpərvərlik və dövlətçilik ideyalarını formalaşdırmaq, inkişaf etdirmək məqsədi ilə biz bu bayramın Hədəf Konseptinə xas şəkildə “HəmÜrək” layihəsi formatında keçirməyi planlaşdırdıq.
Balabilgələrin müxtəlif dərslərdə, dərnəklərdə hazırladıqları əl işlərinin, bişirəcəkləri şirniyyatlarının müəllimlər, valideynlər ilə birgə xeyriyyə məqsədli satış yarmarkasını keçirəcəyik. Yarmarkada əldə edilən maliyyə “Yaşat Fondu”, qocalar və körpələr evinə təqdim ediləcək.
Həmçinin bayram əhval-ruhiyəsi yaratmaq məqsədilə balabilgələrin hazırladıqları səhnəcik, rəqs, mahnı ifaları, flaşmoblar xeyriyyə yarmarkasının şən-əhval ruhiyyə ilə keçməsinə kömək edəcək.
“HəmÜrək” layihəsi çərçivəsində “Hər sinif bir ölkə” adı ilə liseyimizin 24 sinfinin hər biri şərti bir ölkə olacaq ki, bu da balabilgələrimizin həm dünya xalqalrını yaxından tanıma, onların mədəniyyəti, mətbəxi ilə bağlı araşdırmalar etmə imkanı verəcək. Hər sinfin xüsusi hazırlanmış stendi siniflərə verilmiş simvolik ölkənin bayrağı, geyimləri, mədəniyyəti, milli mətbəxi ilə bəzədiləcək, iştirakçılar özlərini dünya xalqalrının mədəniyyət turunda hesab edəcəklər. Ölkələri sizə təqdim edirik: Azərbaycan, Türkiyə, Pakistan, Ukrayna, İsrail, ABŞ, Böyük Britaniya, Koreya, Rusiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Gürcüstan, Hindistan, Danimarka, Finlandiya, İtaliya, İspaniya, Braziliya, Almaniya, Meksika, Çin, Yaponiya
Sizi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir, "HəmÜrək" balabilgələrin sevinclə hazırlaşdıqları Xeyriyyə yarmarkamıza dəvət edir, iştirakınızın həm məktəbliləri, həm də yardım ediləcək ailələri xoşbəxt edəcəyinə əminik! Bir uşağın sevinci, gülüşü, dünyanın sevinci və gülüşü deməkdir!
Xeyriyyə yarmarkası Hədəf STEAM Liseyinin təşkilatçılığı ilə keçirilir.
Xeyriyyə yarmarkası, 29 dekabr 2021-ci il, saat 17:00-da Hədəf STEAM Liseyi Nəsimi filialında (Tbilisi prospekti 72, ünvanında) keçiriləcək.

Paylaş

MÜSAHİBƏ

İdarəetmənin Əsasları | İctimai Radio | Rafiq Hunaltay

Facemark.az İctimai Radio “İdarəetmənin Əsasları” verilişində Rafiq Hunaltayın komfort zona haqqında müzakirəsini təqdim

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik