Dünya şöhrətli professor “Yeni çağırışlar"da qonaq olacaq.
Facemark rəsmi mənbəyə istinadən xəbər verir ki, “Yeni çağırışlar” onlayn müzakirə proqramının qonağı dünya şöhrətli professor, tədqiqatçı, yazıçı, beynəlxalq bestseller müəllifi Filip Kotlerdir. Dünyada “Müasir marketinqin atası” olaraq tanınan Filip Kotler ilə təhsildə brendləşmə barədə danışılacaq.
Filip Kotler 50 ildən çox müddətdə Norsvest Universitetinin Kellogg Menecment fakültəsində dərs deyib. Professorun “Marketinqin idarə olunması” kitabı dünyada ən çox istifadə edilən marketinq dərsliyidir. Dünyanın 22-dən çox universitetinin fəxri adlarına layiq görülüb. Eyni zamanda 80 kitabın,150-dən çox elmi məqalənin müəllifidir.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “ T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram 7 yanvar saat 20:00-da Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.