2012-ci ilin sentyabrın 20-dən 22-dək “Bakı Ekspo Mərkəzi”ndə 6-cı Azərbaycan Beynəlxalq “Təhsil və karyera” Sərgisi – təhsil sahəsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə dövlət səviyyəsində təşkil olunmuş yeganə tədbir baş tutmuşdur.


Sentyabrın 21-də sərgi çərçivəsində “Ukraynanın təhsil sistemi”nin  təqdimatı keçirilmişdir.


Təqdimat abituriyentlərin və tələbələrin, yuxarı sinif şagirdlərinin və valideynlərin, əlavə ixtisas əldə etmək istəyən gənclərin böyük marağına səbəb olmuşdur.


Təqdimatda Ukraynada ali təhsil almaq mövzusu açıqlanmışdır: ali təhsil sistemi, Ukrayna diplomlarının başqa ölkələrdə tanınması, ən güclü elmi məktəblər və ali təhsil müəssisələri, təhsil sistemində innovasiyalar, Ukrayna diplomuna malik olan mütəxəssislərin əmək bazarında rəqabət qabiliyyəti, xarici tələbələrin Ukraynaya daxil olma və təhsil aldıqları müddət ərzində orada yaşama şərtləri.


Təqdimatı Ukraynanın Təhsil və elm, gənclər və idman Nazirliyinin “Ukrayna beynəlxalq təhsilinin Ukrayna dövlət mərkəzi”nin direktoru Vasiliy Petroviç Şik və Ukraynanın Təhsil və elm, gənclər və idman Nazirliyinin “Ukrayna beynəlxalq təhsilinin Ukrayna dövlət mərkəzi”nin Azərbaycanda, Türkiyədə və İranda təmsilçisi Aydın Novruzov açdılar. Onlar Ukraynanı və onun təhsil sistemini qısaca səciyyələndirdilər, habelə Azərbaycan vətəndaşlarının Ukrayna ərazisində qalmaları baxımından Ukrayna qanunvericiliyi barədə məlumat verdilər.


Azərbaycan vətəndaşları Ukraynaya 90 gün ərzində qeydiyyatsız daxil olmaq hüququna malikdirlər. Abituriyent müsahibədən keçdikdən sonra ali təhsil müəssisəsi abituriyent üçün müvəqqəti yaşayış hüququ rəsmiləşdirir.