Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin xidmət və məhsullarına əlçatanlığını təmin etmək məqsədilə Şəki şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.


Açılışda iştirak edən rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar və iş adamları ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın Şəkidə filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.


Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin “Bank Respublika”nın strateji məqsədlərindən biri olduğunu qeyd edən “Bank Respublika”nın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.


Bununla, “Bank Respublika”nın filiallarının sayı 26-ya, müştəri xidməti mərkəzlərinin sayı isə 29-a çatıb. Yeni filial - Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində fəaliyyət göstərəcək. Daha ətraflı məlumatı Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.