21-25 noyabr tarixlərində Moskva şəhərində “MEBEL - 2011” 23-cü Beynəlxalq sərgisi keçirilmişdir. Sərgidə dünyanın 20-dən çox ölkəsindən 200-ə qədər şirkət təmsil edilib. Sərgi post-sovet ölkələrində ən böyük mebel sərgisidir. Burada yeni dizaynların təqdimatı ilə yanaşı, müştərilərin mebel seçimi də həyata keçirilərək, xəyallardakı interyeri reallaşdırmaq üçün lazım olan bütün mebel çeşidləri sərgilənmişdir. Sərgi iştirakçısı olan Embawood şirkəti istər orijinal dizaynlı mebellərə istərsə də konsept həllərə görə sərgidə ən bəyənilən stendlərdən biri olmuşdur. Embawood şirkətinin Marketinq direktoru İlkin Manafovun sözlərinə görə: Embawood sərgidə yalnız mebel deyil, insanlara ev rahatlığını nümayiş etdirir. Xatırlatmaq istərdik ki, şirkət 1996-cı ildən fəaliyyət göstərir. Bazarda olduğu 15 il ərzində Embawood mağaza şəbəkəsi 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Türkiyədə fəaliyyət göstərir. Əlavə olaraq, Qazaxstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur. Azərbaycanda 60, Qazaxstanda 25, Gürcüstanda 19 mağaza, dünyanın digər ölkələrində Embawood şirkətinə məxsus satış nöqtələri vardır.