Restoran biznesi əksər sahibkarlara yanlış olaraq sadə görünür. Axı siz restoran və ya kafedə o qədər olmusunuz ki, artıq yetişdirmənizin necə olacağını təsəvvür edirsiniz. Lakin istənilən digər biznesdə olduğu kimi, bu sahənin də öz xırdalıqları, sualtı daşları var, vəsait axtarışına başlamazdan əvvəl onları öyrənmək lazımdır.

Statistikaya görə, Azərbaycanda 8,6 minə yaxın ictimai iaşə müəssisəsi fəaliyyətdədir. Restoranlar, kafe və barlar kimi, kiçik qalyanaltıxanalar, yeməkxanalar və kafeterilər də bura daxildir. Bu isə restoran biznesinin mənimsənilməsində kifayət qədər yüksək uğur qazanmasından danışır, axı əhalinin hər 1000 nəfərinə bir ictimai iaşə obyekti düşür. Əsas – öz yerini tapmaq və müştəri etibarını qoruyub saxlamaqdır.

İdeya

“Marco Polo” restoranının meneceri Rüfət Manafovun fikrincə, restoran biznesi həyata, yaradıcı başlanğıca yaxındır.

“İnsan kimi restoranın da ürəyi olduğunu təsəvvür etmək olar, könlü – ab-hava və heyətin əhvalıdır, iki dairəvi qan dövranı – istehsalat və ticarət zalıdır. Bizim enerjimiz – ticarət zalında olan qonaqlarımızdır, istehsalat prosesi isə qonaqları dayanmadan xidmətlərlə təmin etməlidir. Biz bir-birimizdən ayrı yaşaya bilmərik. Müəssisəni məhz bunu düşünərək açmaq lazımdır”, – ekspert əmindir.

İstənilən yaradıcılıq kimi, restoran da ilhamdan və ideyadan başlayır. Burada əsas birinci addımı düzgün atmaqdır. Dar ixtisalaşmış, müəyyən kütləyə yönəlmiş müəssisələr tez bir zamanda gəlir gətirə bilməzlər. Dəb dəyişkəndir, insanlar sizin restorandan ziyansız işləmə nöqtəsinə çatmazdan qat-qat əvvəl imtina edə bilərlər.

Bəzi yeni başlayan sahibkarlar elə bilirlər ki, fast-fud şəbəkəsini genişləndirmək perspektivilə restoran ideyası ilə bazara çıxmaq olar. Belə yanaşma özünü bir şərtlə - şəbəkə layiqli pul gətirənə qədər sizdə yaşamaq və inkişaf üçün kifayət qədər maliyyə vəsaiti olduqda, özünü doğruldur. Əks halda nəsibiniz kiçik gəlir olacaq.

Bu günkü məqamda premium sinfinə aid restoranlar yüksək qiymət artımı və ya kiçik orta çekə malik gündəlik müəssisələr yaxşı servis xidməti hesabına əldə edirlər .

Yerləşmə

Yer hər şeyi olmasa da, çox şeyi həll edir. İllərlə restoran konsepsiyası hazırlamaq, bütün kanallarda reklam nümayiş etdirmək olar. Əgər sizin müəssisəni açdığınız məkan pisdirsə, o çətin ki, uğurlu olsun.

Restoran açarkən bir çox amilləri nəzərə almalı olursan: infrastruktur, nəqliyyat və insan axınlarına yaxınlıq, metro, küçə reklamı imkanı, obyektin sahəsi, yerin nüfuzu və s.

“Yer seçimini əhalinin sıxlığından çıxış edərək müəyyənləşdirmək lazımdır, - “MADO” restoranının meneceri Tamerlan Rəhimov deyir. – Restoranın şəhərin mərkəzi hissəsində yerləşdirilməsi optimal variantdır. Obyektin normal infrastrukturu, xüsusən – avtodayanacaq imkanı olmalıdır”.

Lakin mərkəzdə bir kvadrat metrin qiyməti kifayət qədər yüksəkdir və əlverişli yerlər o qədər də çox deyil. Güman ki, ailə tipli restoranların, kafe və qəhvəxanaların açılması üzərində düşünməyə dəyər. Bu müəssisələr hətta ticarət və biznes mərkəzlərində, çox keçilən küçələrdə və ya metro stansiyaları yaxınlığında rahatlıqla yerləşə bilərlər.

“Əgər sizin restoran yataq rayonunda yerləşəcəksə, - Rüfət Manafov əmindir, - onu elit etməyin heç bir mənası yoxdur. Sizə pivəxana və ya o qədər də baha olmayan suşi-barlar kimi sadə layihələr daha çox uyğundur”.

Heyətin yığılması və məqsədyönlülüyü

Teatr paltarasandan, restoran isə heyətdən başlayır. Müəssisənin bütövlükdə uğuru, qonaqların girişdə necə qarşılanmasından asılıdır.

Restoran biznesində kard axını yüksəkdir, insanlar gəlir və gedirlər, ona görə də buna əvvəlcədən hazır olmalısınız. İşçiləri kadr agentliklərinin xidmətlərindən istifadə etməklə axtarmaq lazımdır, lakin xərclər əvvəlcədən müəyyənləşdirilməlidir. Əvvəlki kimi, ən yaxşısı yaxınların tövsiyyəsi olacaq. Güman ki, linkedin.com və ya onun analoqları kimi sosial şəbəkələrə diqqət yetirmək və özünə müstəqil baş aşpaz və ya su-şef seçmək lazımdır.

Əməkdaşların məqsədyönlülüyü üçün ideal resept yoxdur. Sizin müəssisəni yaxşı işləməyə məcbur etməyin yeganə üsulu – yaxşı iş şəraiti yaratmaqdır. Əgər alınmadısa – günahkar pis menecmentdir. Tamerlan Rəhimov belə hesab edir ki, Azərbaycanda restoran açan insanlar çox vaxt bu sahədə təcrübəyə malik olmurlar və inkişafın müəyyən mərhələsində restoran haqqında qayğını peşəkar idarəedicilərə həvalə etməlidirlər.

Loyallıq proqramları

Söhbət müştərini saxlamaqdan gedərkən, söz yaxşı xidmət və zalda xoş əhval-ruhiyyəyə bağlanır. Müştəri uğrunda mübarizəni şərti olaraq bir neçə mərhələyə bölmək olar.

Xidmət sürəti. Sizin restoran bir neçə saat ərzində masanı dəfələrlə yeməklə təmin etməyi bacarmalıdır.

Xidmətin keyfiyyəti.
Ziyarətçinin sizə tez-tez gəlməsini təmin etmək, heç vaxt burda olmayan bir insanı restorana gəlməyə razı salmaqdan daha ucuz başa gəlir.

Marağın dəstəklənməs
i. Nə isə yeni və qeyri-adi bir şey üçün gün ayırmaq faydalıdır. Qonaqlarınızı təəccübləndirmək üçün fantaziyanıza imkan verin.

Qanunvericilik

Kommersantlar və İstehsalçılar Cəmiyyətinin (KİC) sədri Sevgim Rəhmanovun qeyd etdiyi kimi, restoranların fəaliyyəti ilə bağlı bütün sualları tənzimləyən vahid normativ-hüquqi aktın olmaması bazar iştirakçılarına çətinliklər yaradır.

Ədliyyə Nazirliyinin Normativ-Hüquqi Aktlarının Vahid İnternet bazasına əsasən, restoranların fəaliyyətini tənzimləyən 15-dən artıq qanunvericilik sənədi mövcuddur. Ümumi məsələlər “Azərbaycan Respublikasında ticarət, məişət və digər xidmətlərdə (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) qaydalar haqqında” Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Xidmət səviyyəsinə görə ictimai iaşə obyektləri beş kateqoriyaya bölünür: lüks, ali, I, II, III.

Restoranı sertifikatlaşdırmaq və alınan sertifikatı hər iki ildən bir İqtisadi İnkişaf Nazirliyində yenidən rəsmiləşdirmək lazımdır. Qanunvericilik həmçinin vergi orqanlarına, sanitar-epidemioloji və yanğından mühafizə xidmətlərinə müraciəti tələb edir.
 


Biznesinfo