KSM Azərbaycan və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası»“Ak2reativ” adlı müsabiqəyə start verdi. Məqsədi inşaat və memarlıq sahəsində kreativ,bacarıqlı gəncləri üzə çıxartmaq olan müsabiqə bir mərhələdən ibarət olacaq.
Müsabiqəyə işlər əsas 4 istiqamətdə qəbul olunacaq:
1. Maket- Real formada yığılmış hər hansı memar dizayn modeli
2. 3D- Virtual formada yığılmış hər hansı memar dizayn modeli
3. Sloqan- «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası»nın loqo və imicina aid sloqan
4. Sərbəst konsept- Akkord-la bağlı hər hansı bir ideya
İştirakçılar seçdiyi istiqamətlərdən yalnız biri üzrə öz işlərini ak2reaktiv@csraz.com ünvanına göndərə bilərlər. İşləri göndərmək üçün son tarix 1 noyabrdır.
Müsabiqənin qalibləri aşağıdakı kimi mükafatlandırılacaqlar:
I yer - 500 AZN + "Akkord" Binalarından 15% Endirim
II yer - 300 AZN + "Akkord" Binalarından 10% Endirim
III yer - 200 AZN + "Akkord" Binalarından 10% Endirim
“İdeyanı inşa et” şüarı altında keçirilən müsabiqəyə göndərilən işlər ölkənin memarları və inşaat, dizayn, reklam, PR, marketinq sahələrinin tanınmış mütəxəssisləri tərəfindən qiymətləndiriləcəklər.
Xatırladaq ki, gənc istedadları üzə çıxararaq, onların tanınmasına və inkişafına dəstək verən Akkord hər bir müsabiqə iştirakçısına təcrübə keçmək və iş imkanı qazanmaq şansı verir.
Məlumat üçün bildirək ki, bundan əvvəl də KSM Azərbaycan şirkəti buna bənzər müsabiqələr həyata keçirib və cəmiyyətə kreativ və bacarıqlı gənclər təqdim edib.
Müsabiqənin şərtləri haqqında daha ətraflı məlumatı http://www.csraz.com/ak2reaktiv saytında və müsabiqənin facebook sosial şəbəkəsindəki rəsmi səhivəsi olan http://www.facebook.com/ak2reaktiv ünvanında əldə etmək olar.