"Fitch" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 11,7% olacağını, ilin sonuna qədər uçot dərəcəsinin 0.25 faiz bəndi artırılacağını proqnozlaşdırır.


Facemark.az "Report"a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.


Qurum həmçinin bəyan edib ki, ötən ilin yekununla ölkədə orta illik qiymət artımı 11%, bu ilin I rübünün yekununda isə 12,2% təşkil edib.


"Bu ilin mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% artan ərzaq qiymətləri, başda buğda olmaqla Rusiya və Ukraynadan idxalın azalmasından daha da təsirlənəcək. Qlobal əmtəə qiymətlərinin yumşalması, tədarük zəncirində pozulmanın azalması, real effektiv məzənnə artımının gecikmiş təsiri, orta illik inflyasiyanın 2023-cü ildə proqnozlaşdırılan 7,2%-ə endirilməsinə yardım edəcək, ancaq sözügedən göstərici yenə də 3,8%-lik “BB” medianından yuxarı olacaq", - deyə "Fitch"in açıqlamasında qeyd olunub.