Marka dəyərləndirmə şirkəti Interbrand-ın hazırladığı hesabatda 2012-ci ilin ən dəyərli 100 markası açıqlanıb. Buna əsasən, 7.5 milyard ABŞ dollarlıq marka dəyəri ilə Hyundai keçən ilə nisbətdə 8 pillə daha irəliləyərək 100 ən dəyərli qlobal marka arasında 53-cü yerə çıxmışdır. 100 dəyərli marka siyahısına sadəcə 11 avtomobil markası daxil ola bilmişdir ki, onların marka dəyəri son il ərzində orta hesabla 11.2% artmışdır. Hyundai markasının dəyəri isə 2011-ci il ilə müqayisədə 24.4% artmışdır. Qeyd edək ki, Hyundai markasının dəyəri 2005-ci ildən müntəzəm şəkildə yüksəlməkdədir. Interbrand reytinq cədvəli şirkətlərin maliyyə balansları, marketinq fəaliyyətləri nəzərə alınmaqla və hər markanın gözlənilən qazanc nisbətləri əsasında hazırlanır.


 


İl


     Hyundai Marka Dəyəri (milyard $)


  İlk 100-lükdəki yeri


2005


        3.48


84


2006


       4.08


75


2007


       4.45


72


2008


       4.85


72


2009


       4.60


69


2010


       5.03


65


2011


       6.00


61


2012


       7.47


53